Belorus sərhədçiləri azarkeş pasportu ilə Avropaya keçmək istəyən üç pakistanlını saxlayıb.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, əvvəlcə onlar guya Rusiyaya dünya çempionatına azarkeşlik etmək üçün gəliblər.
Daha sonra Minsk şəhərinə gedərək Almaniyaya keçmək istəyiblər. Sərhədçilər Pakistan vətəndaşlarının pasportunda saxtakarlıq aşkar edib.
Hazırda pakistanlılar Belorus Sərhəd Xidmətinin təcridxanasındadırlar. Hər üç şəxsi yüksək məbləğdə cərimə və Belurusa beş il müddətində giriş qadağası gözləyir.