c7deab5d-9e91-46e5-84fc-cf582f500bd6..jpg

“Avroviziya-2023”də Azərbaycanı kim təmsil edəcək?

Baxış sayı: 2. 085 dəfə baxılıb.

“Avroviziya-2023”də Azərbaycanı kim təmsil edəcək?

“Avroviziya-2023” mahnı müsabiqəsinə cəmi iki ay qalıb.

Müsabiqəyə builki seçim zamanı beş ifaçı və onların mahnıları seçilib. Həmin
musiqiçilər – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama”
qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Azərbaycanın
“Avroviziya-2023”də çıxış edəcəyi mahnının bu həftə bəlli olacağı gözlənilir.
Builki təmsilçimiz kim olacağı isə hələ ki, bəlli deyil. Mövzu ilə bağlı
məşhurlarınCixisyolu.com-a açıqlamasını təqdim edirik.

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə açıqlamasında “Mamagama” qrupunun
ifasını bəyəndiyini bildirib. Bəstəkar “Avroviziya” ilə bağlı digər suallara
şərh bildirmək istəmədiyini qeyd edib.

“Avroviziya-2022” mahnı müsabiqəsində təmsilçimiz Nadir Rüstəmli açıqlamasında
bildirib ki, müsabiqə iştirakçıları ilə tanışdır və dəstəklədiyi ifaçılar var:

“Favoritim “Mamagama qrupu”, Humay Aslanova və Əmrah Musayev dueti, Leyla
İzzətovadır. Ancaq nədənsə elə hiss edirəm ki, builki təmsilçimiz “Mamagama”
qrupu olacaq”.

Azərbaycanı 2014-cü ildə müsabiqədə təmsil edən müğənni Dilarə Kazımova isə
işlərinin çoxluğu ilə əlaqədar prosesləri izləyə bilmədiyini deyib:

“Son vaxtlar mahnılar, kliplər, fotosessiya…həddən artıq məşğul olduğum üçün
bir çox məsələlərdən xəbərsizəm. Təəssüf ki, Avroviziya seçimlərini də izləyə
bilməmişəm. İstənilən halda bütün iştirakçılara uğurlar arzulayıram”.

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov
təmsilçilərlə bağlıOxu. Az-a açıqlamasında bunları deyib:

“Mən konkret olaraq kiminsə adını çəkə bilmərəm. Çünki “Avroviziya-2023”
Azərbaycan nümayəndə heyətinin musiqi prodüseriyəm. Ona görə də bu mövzuda
obyektivliyi nəzərə almalıyam. Əsas gözləntim isə ağıllarda qalacaq, gözəl ifa
ilə təmsil olunmağımızdır ki, hazırda komanda olaraq bunun üçün çalışırıq”.

Qeyd edək ki, müsabiqə Liverpul şəhərində keçiriləcək. Layihənin
yarımfinalları 9, 11 may, böyük finalı isə 13 mayda baş tutacaq.

Aytac Qasımova

Source link