17550b37-c1d7-4ba6-b510-b7a830f5db40..jpg

“Avroviziya 2023”də Azərbaycanı təmsil etməyə namizəd olan ifaçılar AÇIQLANDI – FOTO

Baxış sayı: 904 dəfə baxılıb.

“Avroviziya 2023”də Azərbaycanı təmsil etməyə namizəd olan ifaçılar AÇIQLANDI
– FOTO

“Avroviziya 2023”də Azərbaycanı təmsil təmsil etməyə namizəd olan 5 ifaçı
müəyyən edilib.

Cixisyolu.com xəbər verir ki, Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat
katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları
açıqlayıb:

“Öncə qeyd etdiyimiz kimi, “Avroviziya” müsabiqəsinə builki seçim zamanı mahnı
müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı,
digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib.
Həmin istedadlı musiqiçilər – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev
dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur”.

Onun sözlərinə görə, mahnıların səsyazma keyfiyyəti baxımından fərqli
olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin
edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni
şəraitdə işlənilib:

“Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların
hər iki formatda (yazılmış audio və canlı video) fokus qrupuna təqdim edilməsi
nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”.

Source link