a51edd83-94f4-459e-964c-047d70bbc007..jpg

“Avroviziya” şərhçimiz bəlli oldu

Baxış sayı: 473 dəfə baxılıb.

“Avroviziya” şərhçimiz bəlli oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki
şərhçisinin kimliyi açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən
“Qaynarinfo”ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və
radio aparıcısı Nurlana Cəfərova olacaq. O, şounun bütün mərhələlərini İctimai
Televiziyanın efirindən şərh edəcək.

Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı
müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-də və 9-da, final mərhələsi
isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci
yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə
müğənni Fəxri İsmayılov – Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil
edəcəklər.

Source link