4f1f3d17-ca92-451b-9d38-a47cbf09eabd..jpg

“Avroviziya” təmsilçimiz: “Küçə itlərinə görə kredit götürmüşdüm”

Baxış sayı: 1. 351 dəfə baxılıb.

“Avroviziya” təmsilçimiz: “Küçə itlərinə görə kredit götürmüşdüm”

Son günlər “ON” albomu ilə gündəmdə olan “Avroviziya” təmsilçimiz Aisel küçə
itlərinə görə 13 min manat kredit götürdüyünü bildirib.

“Olay” yazır ki, sənətçi bu barədə MTV-də yayımlanan “Səhərin səsi”
proqramında danışıb:

“Çoxdan olub. Küçə itlərinə yem almaq üçün 13 min manat kredit götürmüşdüm.
2012-ci ildə itləri küçədən yığıb belə bir şey etmişdim. Yazığımız gələn itləri
yığırdıq. Mən və dostlarım indiyədək bu işlə məşğuluq, amma indi itlər daha
azdır, çünki çoxunun artıq ailəsi, sığınacağı var. 25-30 iti ödənişlə
saxlatdırırdım. Uşaqlıqdan bu mövzuda kövrəyəm. Bağlanmaqdan qorxduğum üçün
özüm saxlamıram. Həm də baxmağa vaxtım yoxdur. Avtomobilimdə isə heyvan yeməyi
həmişə var, görəndə düşüb yedirdirəm”.

Source link