a4824f26-07d5-4f6a-8b2e-5af76fed51f1..jpg

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni versiyası təqdim olundu – VİDEO

Baxış sayı: 464 dəfə baxılıb.

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni versiyası təqdim olundu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin rəsmi “YouTube” kanalında
Azərbaycanın müsabiqə üçün hazırladığı “Özünlə apar” mahnısının yeni versiyası
(“oktava version”) təqdim olunub.

“Oktava version”da mahnının musiqi və vokal əhvali-ruhiyyəsi qorunub
saxlanılsa da, trek fərqli səslənir.

Qeyd edək ki, Azərbaycanın “Avroviziya” treki müasir estrada musiqisi ilə
ənənəvi etnik motivlərin sintezini özündə birləşdirir. Fahree (Fəxri İsmayılov)
tərəfindən yazılmış “Özünlə apar” mahnısı Azərbaycan və ingilis dillərində
səslənir, muğam hissəsi isə İlkin Dövlətov tərəfindən ifa olunur.

Onu da vurğulayaq ki, Azərbaycanın müsabiqə üçün təqdim etdiyi trek üzərində
Mado Salih, Edqar Ravin, Həsən Heydər və Mila Maylz çalışıblar.


Source link