Bir neçə həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək sayca 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsində Niderlandı təmsil edəcək Duncan Laurence yarışmadan kənarlaşdırıla bilər.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb Duncanın 2017-ci ildə bu ilki yarışma mahnısı olan “Arcade”yi ifa edərək sosial şəbəkədə yaymasıdır.
Nəticə etibarilə müğənni, Avropa Yayım Birliyinin (EBU) müsabiqədə özəl mahnı təqdim etmə qaydasını kobud şəkildə pozub.
Qeyd edək ki, yarışmada yalnız “Avroviziya” üçün yazılan mahnılar səsləndirilməlidir.
Bukmeyker proqnozlarına görə, bu il qalib olacaq sənətçi elə məhz Duncan Laurencedir. Belə ki, ifaçı siyahıda birinci yerdədir.
Rəşad Əliyev