66e06c29-91f4-43e5-9c90-3a0600a8fac3..jpg

“Avroviziya”dakı tanıtım çarxımız hazırdır – FOTO/VİDEO

Baxış sayı: 766 dəfə baxılıb.

“Avroviziya”dakı tanıtım çarxımız hazırdır – FOTO/VİDEO

Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan
Bağmanovların tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Olay.az yazır ki, müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş
prosesi maraqlı xatirələrlə yadda qalıb.

Təmsilçilərimiz şahmat mövzulu videonu “Instagram” hesabında paylaşıb:

“Salam dostlar, biz Turan və Tural Azərbaycanlıyıq və şahmat oynamağı çox
sevirik. Ona görə də, birlikdə yarışırıq. Görək kim qalib gələcək?”

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi
planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də
olacaq. Tural və Turan “Tell me more” mahnısı ilə yarımfinalın birinci günündə
çıxış edəcəklər.


Source link