cb298363-3aa6-4781-a3fe-468866b222d9..jpg

“Avroviziya”ya alternativ mahnı müsabiqəsinin yeri və tarixi açıqlandı

Baxış sayı: 639 dəfə baxılıb.

“Avroviziya”ya alternativ mahnı müsabiqəsinin yeri və tarixi açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya”ya alternativ olacaq ilk “İnterviziya” mahnı müsabiqəsi gələn il
Rusiyada keçiriləcək.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının
Moskvada keçirilən iclasında çıxışı zamanı bildirib.

O, sözügedən musiqi müsabiqəsinin parlaq hadisəyə çevriləcəyinə əminliyini
vurğulayıb.

Bundan əvvəl, Rusiya lideri Vladimir Putin də tədbir iştirakçılarına
videomüraciətində beynəlxalq “Intervision” festivalının dirçəldilməsi, həmçinin
Avrasiya Kino Sənəti Akademiyasının yaradıldığını və Avrasiya Film Mükafatının
təsis olunduğunu bəyan edib.

Qeyd edək ki, yeni beynəlxalq mahnı müsabiqəsi “İnterviziya”nın layihəsi
bundan əvvəl IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təqdim olunub.

Mənbə: TASS

Source link