Avstraliya rusiyalı diplomatları geri göndərir

Avstraliya rusiyalı diplomatları geri göndərir

Baxış sayı: 4. 153 dəfə baxılıb.

Avstraliya rus casusu Sergey Skripalın və onun qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi hadisəsi ilə bağlı iki rus diplomatın geri göndərilməsinə qərar verib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Malkolm Ternbulun və XİN başçısı Culi Bişopun bəyanatında qeyd olunub.

Baş nazirin saytında olan bəyanatda deyilir:

“Gizli kəşfiyyat zabiti olaraq təyin olunan iki rus diplomatı Avstraliya hökuməti tərəfindən Vyana Konvensiyalarına əsasən, öz statuslarına uyğun olmayan hərəkətlərə görə xaric ediləcəklər. İki məmura Avstraliyanı yeddi gün içində tərk etmək əmri veriləcək”.

Bəyanata əsasən, ölkə “Böyük Britaniya, digər müttəfiqlər və tərəfdaşlar”la birlikdə bu qərarı qəbul edib.

Baş nazirin və xarici işlər nazirinin sözlərinə görə, “əgər Rusiya beynəlxalq təhlükəsizlik üçün təhdid təşkil edirsə, Avstraliya Rusiyanın hərəkətlərinə mane olmaq üçün öz müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığa sadiq qalacaq”.

Bundan əvvəl Avropa Birliyinin 16 ölkəsi, eləcə də, ABŞ, Kanada, Norveç, Ukrayna və bir sıra digər ölkələr Rusiya diplomatlarını Solsberidəki hadisələrlə əlaqədar geri göndərmək qərarına gəliblər.

Xüsusilə ABŞ hökuməti 48 rus diplomatını və Birləşmiş Millətlər Təşkilatında Rusiya Federasiyası missiyasının 12 əməkdaşını geri göndərdiklərini, Rusiyanın Sietldəki Baş konsulluğunun bağlandığını bildirib.

www.ÇıxışYolu.Com