28b0f25e-9f02-488a-ac20-262b3896b461.jpg

Avstraliya senatorundan ölkədə səfərdə olan III Çarlza etiraz: “Siz bizim kralımız deyilsiniz”

Baxış sayı: 224 dəfə baxılıb.

Böyük Britaniya Kralı III Çarlzın Avstraliyaya səfəri qalmaqalla başlayıb.
Belə ki, monarxın federal parlamentdəki çıxışı zamanı Yaşıllar Partiyasından
olan senator Linda Torp demarş edərək krala və kraliçaya qarşı təhqiramiz
sözlər deyib.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “The Australian” nəşri xəbər yayıb.

Bildirilib ki, III Çarlzın salamlama nitqindən sonra senator Torp Avstraliya
torpağını yerli sakinlərə qaytarmağı tələb edib.

“Siz bizim kralımız deyilsiniz, siz burada xoş qarşılanmırsınız! Torpağımızı
bizə qaytarın, bizdən oğurladığınız hər şeyi qaytarın”, – deyə o, etiraz səsini
ucaldıb.

Kral senatorun qışqırıqlarına reaksiya verməyib və Avstraliyanın Baş naziri
Entoni Albaneze ilə söhbətini davam etdirib.

Linda Torpun özünü isə parlament iclasları zalından çıxarıblar.

Avstraliya senatorundan ölkədə səfərdə olan III Çarlza
etiraz: “Siz bizim kralımız deyilsiniz”
Avstraliya senatorundan ölkədə səfərdə olan III Çarlza etiraz: “Siz bizim
kralımız deyilsiniz”

Source link