83e213c8-fe59-40f4-8314-4c895ef4bd61..jpg

Avstraliyada buddist məbədi yandı – VİDEO

Baxış sayı: 1. 250 dəfə baxılıb.

Avstraliyada buddist məbədi yandı – VİDEO

Avstraliyanın Melburn şəhəri kənarında yerləşən ikimərtəbəli buddist məbədində
güclü yanğın baş verib.

Məlumata görə, yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.

Qeyd olunur ki, yerli yanğınsöndürmə və xilasetmə xidməti ətraf rayonların
sakinlərinə xüsusi xəbərdarlıq edib. Onlara evlərini tərk etməmək, bütün çölə
açılqan qapı və pəncərələri bağlamaq, istilik və soyutma sistemlərini söndürmək
tövsiyə olunub.

Bildirilir ki, yanğından çıxan tüstü 15 kilometr məsafədən görünür.

Mənbə: gazeta.ru


Source link