Avstraliyada yeniyetmələrin cəzaçəkmə müəssisəsində üsyan olub.
ÇıxışYolu.Com xəbər verir ki, yeniyetmə məhbuslar həbsxana əməkdaşlarına hücum ediblər.
Nəticədə ən azı iki nəfər yaralanıb.
Bildirilir ki, yeniyetmələr cəzaçəkmə müəssisəsinin binasına od vurublar.
Hücum edənlər içərisində tez alışan maye olan qablar və bıçaqlarla silahlanıblar.
Polis əməkdaşları əraziyə daxil olmağa cəhd edirlər.