Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

Baxış sayı: 2. 137 dəfə baxılıb.

Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

Avstraliyanın baş naziri Skott Morrison ölkəsinin Qüdsü rəsmən İsrail dövlətinin paytaxtı kimi tanıdığını bəyan edib.

ÇıxışYolu.Com SBS-yə istinadən xəbər verir ki, bu haqda baş nazir Sidney İnstitutunda etdiyi çıxışda bildirib.

“Avstraliya artıq Qərbi Qüdsü İsrail paytaxtı olaraq tanıyıb”, – deyə baş nazir Morrison açıqlayıb.

Morrison eyni zamanda qeyd edib ki, yaxın zamanda Avstraliya Qüdsdə  ticarət nümayəndəliyini və hərbi attaşe ofisini açmağı planlaşdırır. Avstraliya səfirliyi hələlik Təl-Əvivdə qalsa da, ölkə hazırda Qüdsdə diplomatik missiyanın yerləşməsi üçün uyğun bina axtarışındadır.

Qeyd edək ki, İsrail Qüdsü öz vahid və ayrılmaz paytaxtı hesab edir. İsrail ordusu şəhəri 1967-ci ilin Altıgünlük müharibəsi zamanı ələ keçirib.

Xatırladaq ki, Avstraliyadan savayı ABŞ, Çexiya, Braziliya, Honduras və Qvatemala kimi ölkələr də Qüdsün İsrail paytaxtı kimi tanıyıb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!