“Nyukasl Cets” klubunun yarımmüdafiəçisi Rayli Makqri rəqib “Melburn Siti” komandasının qapısından inanılmaz qol keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, 19 yaşlı Makqri oyunun 56-cı dəqiqəsində seçilib.
Yarımmüdafiəçi ona ötürülən topa dabanı ilə toxunaraq, əqrəb zərbəsi ilə möhtəşəm qol vurub. Qolun görüntüsü “Twitter” də yayılıb.
“Cets” matçda 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu Ceyson Hofman vurub.
And the winner of the 2018 Puskas Award is…
RILEY MCGREE OF THE A-LEAGUE!!! pic.twitter.com/IiQUWGXm2i
— JΛKE BUCKLEY 🇦🇺 (@TheMasterBucks) 27 April 2018