Avstraliyanın ən yaşlı alimi evtanaziya etdirib

Avstraliyanın ən yaşlı alimi evtanaziya etdirib

Baxış sayı: 3. 626 dəfə baxılıb.

Avstraliyanın ən yaşlı alimi Devid Qudell İsveçrədə evtanaziya ilə həyatına son qoyub. 

ÇıxışYolu.Com BBC agentliyinə istinadla xəbər verir ki, 104 yaşlı Qudellin evtanaziyası İsveçrədəki xəstəxanalarından birində həyata keçirilib. 

O, bundan əvvəl mətbuat konfransı keçirərək, ölümü gözləməkdən bezdiyini və həyatını davam etdirmək istəmədiyini bildirib. 

Alim intihar qərarı ilə bağlı onu da vurğulayıb ki, son altı ildir görmə qabiliyyətini və son iki ildə digər bacarıqlarını itirib.

Qeyd edək ki, Avstraliyada insanın ölümcül xəstəlikdən əziyyət çəkməsi halı istisna olmaqla, evtanaziya proseduru qadağandır. Bu səbəbdən könüllülər D.Qudellin İsveçrəyə gedib evtanaziya etdirməsi üçün 15 min ABŞ dolları toplayıblar.

www.ÇıxışYolu.Com