Avstriya kansleri Sebastyan Kurts hesab edir ki, Avropa Vaşinqtona daha az etibar edə bilər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, siyasətçi bu barədə “Financial Times” qəzetinə müsahibəsində deyib.
“ABŞ bizim üçün daha da etibarsız olur. Ən əsası odur ki, Avropa bir qalmalıdır”, – kansler bəyan edib.
Kurts həmçinin “Brexit”i şərh edərək bildirib ki, əsasında Avropadakı miqrant böhranı duran bu qərar dəhşətlidir.