a101164b-8967-4585-906d-74870c85738d..jpg

Avstriya-Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Baxış sayı: 1. 180 dəfə baxılıb.

Avstriya-Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək
2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunu üçün bilet satışı təxirə
salınıb.

Avstriya Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, buna səbəb matçın
oynanılacağı
“Rayffayzen Arena”nın yenicə təmirdən çıxmasıdır.

Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət
göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir.
Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.

Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu
2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və
Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Source link