Avstriyada miqrantların telefonları əllərindən alınacaq

Avstriyada miqrantların telefonları əllərindən alınacaq

Baxış sayı: 2. 441 dəfə baxılıb.

Avstriyadan sığınacaq istəyən miqrantlar hökumətə mobil telefon və 840 avroya qədər nağd pul verməli olacaqlar.

ÇıxışYolu.Com “Local” nəşrinə istinadən xəbər verir ki, bu barədə qərarı aprelin 18-də ölkənin Nazirlər Kabineti verib.

Bundan əlavə, qərara əsasən, əgər qaçqınlar əvvəllər Dublin reqlamentinin qüvvədə olduğu ölkələrdə olublarsa, onları geriyə – həmin dövlətə göndərə bilərlər.

Hökumətin razılaşdırdığı tədbirlərə görə, miqrantlar 10 il yaşadıqdan sonra Avstriya vətəndaşlığı üçün müraciət edə bilərlər, hazırda bu müddət altı ilə bərabərdir.

Cinayət məsuliyyətinə cəlb edilən miqrantların deportasiya proseduru tezləşdiriləcək.

Dəyişikliklərin qəbul olunması üçün yaxın həftələrdə ölkə parlamentində səsvermə keçiriləcək.

www.ÇıxışYolu.Com