Avstriyada qatar qəzası: Onlarla yaralı var - FOTO

Avstriyada qatar qəzası: Onlarla yaralı var – FOTO

Baxış sayı: 2. 878 dəfə baxılıb.

Avstriyanın Salzburq şəhərində iki qatarın toqquşması nəticəsində 54 nəfər yaralanıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Salzburger Nachrichten” nəşri məlumat yayıb. 

Yaralıların əksəriyyətinin xəsarəti yüngül olub. Bəziləri isə ciddi xəsarətlərlə xəstəxanalara yerləşdirilib. 

Hadisə yerli vaxtla 04:46-da baş verib. Venesiyadan Sürixə vaqon aparan lokomativ dayanmış qatarı vurub. 

Qatarların hərəkətində fasilə yaranmayıb.

www.ÇıxışYolu.Com