Avstriyada qatar relsdən çıxıb – FOTO

Baxış sayı: 2. 389 dəfə baxılıb.

Avstriyada qatarın relsdən çıxması nəticəsində iki vaqon aşıb.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hadisə Sankt-Pölten ilə Mariasell şəhərləri arasında baş verib.

Sərnişinlər arasında məktəblilər çoxluq təşkil edib.

İlkin məlumatlara görə, üç nəfər ciddi, 27 nəfər isə yüngül dərəcəli xəsarət alıb.

Polisin məlumatına əsasən, hadisənin hələ ki, başvermə səbəbi məlum deyil.

www.ÇıxışYolu.Com