Avstriyanın Almaniya ilə sərhədi yaxınlığında yerləşən Kirxberq şəhərində
silahlı şəxs axtarılır.
Cixisyolu.com Bild-ə istinadən xəbər verir ki, ovçu olduğu deyilən şəxs şəhərin meri
Frants Hoferi, daha sonra isə başqa bir şəxsi güllələyib.
Polis mümkün şübhəli sayılan 56 yaşlı yerli sakin Roland Drekslerin fotosunu
yayıb.
Bildirilir ki, qətllərin motivi ov hüququ ilə bağlı münaqişələr ola bilər.
Gərgin vəziyyətə görə polis bəzi yerli məmurları mühafizə altına alıb. Polisin
məlumatına görə, şübhəlinin axtarışında əməliyyat bölmələri, o cümlədən xüsusi
təyinatlılar və zirehli texnika iştirak edir.
Təsdiqlənməmiş məlumata görə, ölənlərin sayı ikidən çox ola bilər.