51a99199-6089-4931-aa5c-cea5cd6d0a81..jpg

Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı – YENİLƏNİB + AÇIQLAMA + VİDEO

Baxış sayı: 854 dəfə baxılıb.

Avtobusdakı dava ilə bağlı cinayət işi açıldı – YENİLƏNİB + AÇIQLAMA + VİDEO

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətinin əməkdaşıNurlan Əliyev məlumat verib.

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən
araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı
barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan
materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

09:30

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava
ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Əlavə məlumat
veriləcək.

09:16

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Könül Cəfərli

Source link