9074c468-31c5-4101-bbff-da98f6114108..jpg

Avtobusların gündəlik planı necə müəyyənləşir? – VİDEO

Baxış sayı: 930 dəfə baxılıb.

Avtobusların gündəlik planı necə müəyyənləşir? – VİDEO

Bəzi daşıyıcı şirkətlərin sürücülər qarşısında qoyduqları gündəlik plan pulu
ilə bağlı şərt sürücülərin etirazına səbəb olur. Məsələn, bir neçə gün əvvəl
Sumqayıtda 10 A saylı marşrutu üzrə hərəkət edən avtobusların sürücüləri məhz
elə bu səbəbdən səhər saatlarından işə çıxmaqdan imtina ediblər.

Xezerxeber.az-ın məlumatına görə, “Sumqayıt Nəqliyyat -1” MMC-nin balansındakı
12 marşurt xəttində olan hər bir avtobus sürücüsü gündəlik plan pulu ödəyirlər.

MMC-nin qaraj rəisi Sirac Səfərov bildirib ki, avtobusların əksəriyyəti
kreditlə alındığına görə sürücülərin ödədikləri plan pulu kreditə ödənilməklə
yanaşı, avtobusların təmirinə xərclənir və qarajda çalışan əməkdaşlara
əməkhaqqı qismində verilir.

Sirac Səfərov onu da bildirib ki, yaxın vaxtlarda Sumqayıtda marşrut
avtobusları kart sisteminə keçəcək və bu kimi problemlər yaşanmayacaq:

“Sumqayıtda plan pulunun çox olmasına sürücülərin etirazı ilə nəticələnən bu
hadisə bir məsələni aktuallaşdırır. Qaydalara görə marşurt avtobuslarının
sürücüləri daşıyıcı şirkətə gündəlik plan pulu ödəməlidirlərmi? Ümumiyyətlə,
plan pulu ilə bağlı standart varmı?”

Daha ətraflı süjetdə:


Source link