631564ba-4769-47b9-b725-09521433097b..jpg

Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi – VİDEO

Baxış sayı: 1. 090 dəfə baxılıb.

Avtobusun yolunu kəsən meyxanaçı Balaəli cərimələndi – VİDEO

Məşhur meyxanaçı Balaəli yolun hərəkət hissəsində avtomobilini saxlayaraq
mağazaya gedib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən məlum olur ki,
Balaəli idarə etdiyi “Range Rover” markalı avtomobilini saxlayarkən, arxada
marşrut avtobusunun olmasına və onu gözlətməsinə əhəmiyyət verməyib. Məlumata
görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə
qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis
mayoru Araz Əsgərli Lent.az-a meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik
olduğunu deyib:

“Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, bu cəmiyyətdə
azdan-çoxdan tanınanlar nümunəvi hərəkətlər etməyə çalışmalıdırlar. Avtobusda
gözləyənlər də bizim vətəndaşımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə
hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub.
Bəlkə də qara “Range Rover” sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80
adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını
çətinləşdirmək isə cərimə ilə yox, ictimai məsuliyyətlə ödəniləcək mənəvi
öhdəlikdir. Bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır”.

Polis mayoru təəssüflə qeyd edib ki, bu kimi hadisələr paytaxtın bəzi
yerlərində də təkrarlanır:

“Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər qanunsuz
parklanır. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, “20 manatdır da,
çəkirsən çək, verəcəyəm” deyirlər. Bu, təbii ki, arzuolunmaz, xoşagəlməz haldır
və cəmiyyətin nisbətən aşağı sosial təbəqəsini qıcıqlandırmaqdır. Həmin bahalı
maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən
ünvanlarda görmədik”.


Source link