33e0d168-1871-4c1c-9ecc-553972db749a..jpg

Avtomobil bazarında durğunluğun səbəbi nədir? – VİDEO

Baxış sayı: 421 dəfə baxılıb.

Avtomobil bazarında durğunluğun səbəbi nədir? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobil bazarı yolunda uzun tıxac yaranıb, bazara giriş dayanıb.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər paytaxtın avtomobil bazarlarının
birinin girişində lentə alınıb.

Bazara satışa gətirilən avtomobillər çox olduğundan belə bir mənzərə yaranıb.

Ekspertlər bu vəziyyətin bir aydan çoxdur ki, davam etdiyini deyirlər.

Təklif çox olsa da, alıcı yoxdur.

Onların sözlərinə görə, avtomobil bazarında tam durğunluq yaşanır. Avtomobil
qiymətləri artmasa da, nəzərəçarpacaq ucuzlaşma da yoxdur.

Ekspert Sərxan Qədirov onu da bildirib ki, taksilərlə bağlı qərar da bazara
təsirsiz ötüşməyib. İstehsal ili 15 ildən artıq olan maşınlar kütləvi satışa
çıxarılır.

Bu isə digər avtomobillərin də bazarına təsir edir.

Ətraflı süjetdə:


Source link