2a9c7489-a6e2-417e-8518-6c648cc2cce8..jpg

Avtomobil bazarında qiymətlər artacaqmı? – RƏY + FOTO

Baxış sayı: 699 dəfə baxılıb.

Avtomobil bazarında qiymətlər artacaqmı? – RƏY + FOTO

Azərbaycan avtomobil bazarında yaz aylarına qədər qiymətlərdə kəskin
dəyişiklik baş verməyəcək.

Bunu “Report”a açıqlamasında avtomobil sahəsi üzrə ekspert Eldəniz Cəfərov
deyib.

“Azərbaycanın avtomobil bazarında hazırda vəziyyət stabildir. Bu ilin yanvar
ayının birinci həftəsindən başlayaraq ölkəyə idxal olunan yeni avtomobillərin
qiyməti 5% artıb. Bu da bizim daxili avtomobil bazarı ilə və ya
iqtisadiyatımızla bağlı deyil. Dünyanın aparıcı avtomobil istehsalçılarının
ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin
artırılması səbəbilə həmin əmtəənin qiyməti 5% civarında yüksəlib”.

Onun sözlərinə görə, ikinci əl avtomobil bazarında qiymətlərdə əksinə azalma
müşahidə edilir:

“Mühərrik həcmi 3 000 kubsantimetr və daha yüksək olan avtomobillərin
qiymətində 5-10% azalma müşahidə edilir. Bunu da ötən il ərzində bizim ölkədə
“Aİ-95” markalı benzinin qiymətinin atması və icbari sığorta tariflərinin
yüksəlməsi ilə əlaqələndirmək olar”.

E.Cəfərov bildirib ki, ötən il ölkəyə idxal olunan yeni avtomobillərin sayında
azalma müşahidə olunur. Azalmanın səbəbini isə ekspert Rusiyadan avtomobil
idxalının dayandırılması ilə izah edib:

“Mühərrik həcmi 2 000 kubsantimetrə qədər olan Rusiya istehsalı olan
avtomobillərin bizim ölkəyə idxalı demək olar ki, dayanıb. Bu da Rusiyada olan
iqtisadi vəziyyətlə bağlıdır. Sanksiyalara görə, Rusiyanın avtomobil sənayesinə
lazım olan ehtiyat hissələrinin çatışmazılığı ucbatından Rusiya artıq bugünkü
Avropa standartlarına cavab verən minik avtomobilləri istehsal edə bilmir. Bu
səbəbdən də bu tələblərə cavab verə bilməyən Rusiya avtomobillərini ölkəmizə
idxal etmirik. Bu avtomobillərin yerini bazarda artıq Çin istehsalı olan
avtomobillər tutur”.

E.Cəfərov Türkiyədə baş verən zəlzələnin Azərbaycan avtomobil bazarında hər
hansı bir təsirin olmadığını deyir. Onun sözlərinə görə, ölkəmizə avtomobillər
Türkiyədən adi rejimdə idxal olunmaqda davam edir:

“Avtomobil bazarında alıcılar daha çox yeni hibrid krossoverlərə üstünlük
verirlər. İkinci əl bazarında isə mühərriki 1 500 kubsantimetr olan
avtomobillər daha çox təklif olunur”, – ekspert bildirib.

Source link