Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Baxış sayı: 3. 116 dəfə baxılıb.

Quba rayonunda avtomobil qaçıran şəxs tutulub.

DİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, mayın 22-da saat 15:00 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus “VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub.

Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com