Hava soyuduqca avtomobilləri də qışa hazırlamaq lazımdır. Ustalar deyirlər ki,
qar yağana qədər avtomobillərinin şinləri köhnə olan sürücülər bunu
dəyişməlidirlər. Bəs təkər bazarında vəziyyət necədir? Sürücülər büdcələrinə
uyğun keyfiyyətli şin ala bilirlərmi?
Çəkiliş zamanı məlum oldu ki, hazırda bazardakı ən ucuz şinlər Çindən, ən
bahalıları isə Avropadan gələnlərdir.
Xezerxeber.az-ın məlumatına görə, qış yaxınlaşdıqca avtomobillərdə dəyişilməsi
vacib olanlardan biri də onun şinləridir. Amma nədənsə bəzi sürücülər sanki
buna elə də diqqət etmirlər. Təkər bazarında yaşanan durğunluq bunu deməyə əsas
verir.
Satıcılar deyirlər ki, istehsal edildiyi ölkə və keyfiyyətinə görə şinlərin
qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyğun təzə şini rahatlıqla
bazarda tapa bilir. Bəs tələb hansı ölkədə istehsal olunanlaradır?
Satıcılar deyirlər ki, Azərbaycanda qış o qədər də sərt keçmədiyindən
sürücülər bu fəslin şinlərinə elə də maraq göstərmirlər. Yəni dörd fəsil şinə
üstünlük verirlər.
İşlənmişlərə gəldikdə isə satıcılar deyirlər ki, əsasən Avropadan gətirilən
şinlərə maraq var. Bunların da qiymətləri ən kiçik ölçülərdə 60 manatdan
başlayır.
Ətraflı süjetdə:
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: Təkərlər UCUZLAŞDI