50f7ecdd-9fd9-4fb0-8455-bbef86219684..jpg

“Avtomobili yeni almışdılar”: Üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO

Baxış sayı: 640 dəfə baxılıb.

“Avtomobili yeni almışdılar”: Üç nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Şamaxıda avtomobilin aşması nəticəsində həlak olan üç nəfərin
yaxınları danışıb.

Onların sözlərinə görə, “BMW markalı avtomobili yeni alıb, Rayondan Bakıya
yeni avtomobili qeydiyyata salmaq üçün aparırdılar”.

Qeyd edək ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun
Göylər kəndi ərazisində baş verib.

BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə
olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü
Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev
və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif
dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Ətraflı Baku TV-nin süjetində:


Source link