18ca2ab4-73f7-4962-9141-d0ca90ae4017..jpg

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yol hərəkəti qaydalarını pozan şəxs saxlanıldı – FOTO

Baxış sayı: 572 dəfə baxılıb.

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yol hərəkəti qaydalarını pozan
şəxs saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının
keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində VAZ-2107 markalı
avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud
surətdə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat
vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi
verilib.

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada
tədbirlər görülən zaman isə sonuncu buna mane olaraq, polis əməkdaşlarının
qanuni tələblərinə qəsdən tabe olmayıb.

N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər
görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə
göndərilib.

Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.

Source link