37522baa-10c9-4e22-9b03-73ed1a210f84.jpg

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Baxış sayı: 49 dəfə baxılıb.

Gəncədə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində “Mercedes”
markalı avtomobildən 480 manat dəyərində akkumulyator və 4 ədəd səsgücləndirici
oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri
müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini,
məhkum olunmuş Kərim Məmmədov saxlanılıb.

Şübhəli şəxsin ətrafında davam etdirilən istintaq tədbirləri nəticəsində onun
oktyabr ayının müxtəlif vaxtlarında bir neçə avtomobildən 2535 manat nağd pul
və 1000 manata yaxın müxtəlif avtomobil aksesuarlarını oğurlaması məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Source link