2018-ci ilin mart ayında avtomobillərin ehtiyat hissələri mart ayı ərzində 0,2%, velosiped isə 0,3% bahalaşıb.
ÇıxışYolu.Com rəsmi statistikaya istinadən xəbər verir ki, illik müqayisədə qiymətlərdə, müvafiq olaraq, 3,4% və 6,5% artım müşahidə olunub.
Hesabat dövründə avtomobillərin qiymətləri sabit qalıb. İllik müqayisədə isə 0,6% ucuzlaşma qeydə alınıb.
Rəsmi statistikaya əsasən, martda bir avtomobil üzrə orta qiymət 34 268,7 manat təşkil edib.