0ab15b25-a8cf-404c-8410-ab485db1f57a.webp

Avtomobillərin utilizasiyası prosesi niyə başlamır?

Baxış sayı: 250 dəfə baxılıb.

Avtomobillərin utilizasiyası mərkəzləri gələn ildən fəaliyyətə başlaya bilər.

Xezerxeber.az-ın məlumatına görə, 2024-cü il fevralın 1-dən ölkə daxilində
olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük
rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır.

İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə
qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki
baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40
manata qədərdir. Statistikaya əsasən ölkədə 10 ildən çox yaşı olan
avtomobillərin sayı 80% təşkil edir.

Bəs proses hazırda hansı mərhələdədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, artıq Avtomobillərin
Utilizasiyası Fonduna müəyyən məbləğdə vəsait toplanıb.

“Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, “Tullantılar haqqında”
qanunda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı sentyabrın 1-də qüvvəyə
minmiş müddəalara uyğun olaraq utilizatorların qeydiyyatı aparılır. Hazırda
prosesin həyata keçirilməsi məqsədilə yaradılan infrastruktur və proqram
təminatı sınaq mərhələsindədir.

Ətraflı süjetdə:

Avtomobillərin utilizasiyası prosesi niyə başlamır?
Avtomobillərin utilizasiyası prosesi niyə başlamır?

Source link