cd470101-e1bc-4a17-a9cc-eae111814112..jpg

Avtoxuliqanlıq edərək görüntüləri “TikTok”da paylaşan şəxs həbs olundu – FOTO/VİDEO

Baxış sayı: 624 dəfə baxılıb.

Avtoxuliqanlıq edərək görüntüləri “TikTok”da paylaşan şəxs həbs olundu –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini
inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi VAZ-2107
markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını
kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri
“TikTok” sosial şəbəkəsində paylaşıb.

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol
tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində
məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Source link