b7d2db0b-e419-447f-857e-b47135f9788d..jpg

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı – FOTO

Baxış sayı: 614 dəfə baxılıb.

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı
Nurlan Əliyev məlumat verib.

O bildirib ki, fevralın 3-ü səhər saatlarında Səbail rayonu ərazisində
yerləşən avtoyuma məntəqələrinin birindən Zərifə Dadaşovaya məxsus “Hyundai”
markalı avtomobilin qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmin gün saat 11
radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb.

Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş
Anar Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link