AXC-nin 100 illik yubileyinə dair futbol matçı keçiriləcək

AXC-nin 100 illik yubileyinə dair futbol matçı keçiriləcək

Baxış sayı: 2. 241 dəfə baxılıb.

Bu gün Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, oyunda futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil olunmuş “Futbol funksionerləri” komandası qarşılaşacaq.

Budəfəki oyunda qız futbolçular da oynayacaq.

Qarşılaşmanı sabiq FIFA referisi Tahir Süleymanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Xəyalə Əzizzadə olacaq. Yoldaşlıq oyunu saat 17:00-da başlayacaq.

Komandaların heyətini diqqətinizə çatdırırıq:

“Təcrübə”: 1. Hüseyn Məhəmmədov, 2. Tərlan Əhmədov, 3. Arif Əsədov, 4. Elxan Abdullayev, 5. İqor Getman, 6. Nazim Süleymanov, 7. Vidadi Rzayev, 8. Oqtay Abdullayev, 9. Maşallah Əhmədov, 10. Musa Qurbanov, 11. Mahmud Qurbanov, 12. Ramiz Məmmədov, 13. Bəxtiyar Musayev, 14. Mehman Allahverdiyev, 15. Yaşar Hüseynov, 16. Araz Qulamov, 17. Yunis Hüseynov, 18. Kənan Kərimov, 19. Fərrux İsmayılov, 20. Təbriz Həsənov, 21. İradə Quliyeva

“Futbol funksionerləri”: 1. Ramiz Kərimov, 2. Elxan Məmmədov, 3. Firuz Abdulla, 4. Şahin Cəfərov, 5. Zaur Hacı-Məhərrəmov, 6. Əfqan Kərimov, 7. Bəxtiyar Osmanov, 8. Emin Cəfərov, 9. Cavid Cəlilov, 10. Riad Rəfiyev, 11. Əliyar Ağayev, 12. Ramin Həsənov, 13. Zaur Həşimov, 14. Ramin Quliyev, 15. Siyasət Əsgərov, 16. Fərrux Hüseynzadə, 17. Aleksandr Qross, 18. Aysun Əliyeva, 19. Kamilla Məmmədova.

S.T.
www.ÇıxışYolu.Com