c2c769ef-a9d9-4043-b686-14ef799dace3..jpg

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb

Baxış sayı: 601 dəfə baxılıb.

Axtarışda olan şəxs təcridxananın qarşısında saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində axtarış
elan edilmiş Saray qəsəbə sakini Natiq Hüseyn oğlu Zeynalov Bakı İstintaq
təcridxanasının qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin
əməkdaşlarına təhvil verilib.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Natiq Zeynalov Ədliyyə Nazirliyi Penitensiar xidmətin
əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi
əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Source link