35f25cdf-6ac2-466b-9089-daef4f8dbb6f..jpg

Axundu intim görüntülərlə şantaj edən qadının yenidən məhkəməsi başladı

Baxış sayı: 503 dəfə baxılıb.

Axundu intim görüntülərlə şantaj edən qadının yenidən məhkəməsi başladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə Qubada hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Nübar
İsazadə və İftixar Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə
məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsazadə 10 il və İ.Ağayev isə 11
il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən onlar narazı qalıblar və
apellyasiya şikayəti veriblər. Sumqayıt Apellyasiya Məhkəməsi hər iki şəxsin
apellyasiya şikayətini təmin etməyib.

İttihama əsasən, N.İsazadə Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə
səlahiyyətli nümayəndəsi Elnur Əfəndiyevin tələbəsi olub və aralarında intim
yaxınlıq baş verib. N.İsazadə işlədiyi elektronika mağazasının müdiri
İ.Ağayevin köməyi ilə evinə kamera quraşdırıb və axundla intim görüntülərini
qeydə alıb. Daha sonra N.İsazadə və İ.Ağayev həmin görüntüləri yayacağı ilə
E.Əfəndiyevi hədələyib, ondan 75 min manat pul tələb ediblər. Hər iki şəxs
barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək
məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Source link