Aya uçuş insan üçün təhlükəlidir

Aya uçuş insan üçün təhlükəlidir

Baxış sayı: 2. 991 dəfə baxılıb.

Aya gələcəkdə kosmonavtların göndərilməsi zamanı radiasiya şüalanma səviyyəsi Beynəlxalq kosmik stansiyada olan şüalanmadan daha yüksək olacaq.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın elmlər akademiyasının Tibbi-bioloji problemlər institutunun direktoru Oleq Orlov bildirib.

Habelə alim şüalanma səviyyəsinin mövcud peşəkar normalar hüdudunda olduğunu diqqətə çatdırıb.

Bundan əvvəl 2017-ci ildə aparılmış araşdırmanın nəticələri gələcəkdə Yerin peykinə pilotlu missiyanın göndərilməsinin mümkünlüyünü sual altına almışdı. Tədqiqatçılar bildirirdi ki, Aya kosmik uçuş zamanı ağır ionlarla şüalanma insanın mərkəzi sinir sistemində ciddi pozuntular yarada bilər.

“Kosmonavtın peşəkar fəaliyyəti məhz yüksək risk səviyyəsi ilə əlaqədardır. Planetlərarası uçuşlarda radiasiya faktoru əsas tibbi risklərdən olmasa da, hər halda ən vaciblərindən biridir” deyə Orlov bildirib.

Onun sözlərinə görə, alimlər ağır yüklü zərrəçiklərin bioloji effektlərini təzəlikcə araşdırmağa başlayıb.

“Onların orqanizmlə təmasından potensial xəsarətlərin dərəcəsini və fəsadlarını, xüsusilə onun beyin strukturuna təsirlərini öyrənmək lazımdır. Biz bu şəraitdə beyin strukuturlarının xassələri haqqında çox az şey bilirik, yəni beynin bu və ya digər funksiyaların pozuntularını aradan qaldırmaq və ya kompensasiya etmək imkanları hələ öyrənilməyib

Alimin sözlərinə görə, Aya pilotlu missiyalar göndərməzdən əvvəl oxşar şəraiti imitisasiya edən eksperimentlər aparılmalıdır. O, buna Beynəlxalq kosmik stansiyada hazırda aparılan “Bion” tədqiqat proqramını örnək göstərib.

.
www.ÇıxışYolu.Com