Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
planetimizin digər mədəni irsi haqqında biliklərlə yanaşı, Ayda Yer kürəsinin
275 dili haqqında məlumatı qorumaq niyyətindədir.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Məlumat kapsulu Yaponiyanın özəl “Ispace” şirkətinin “Hakuto-R” avtomatik
modulunun göyərtəsində yerləşdiriləcək.
UNESСO-dan verilən məlumata görə, bu arxiv qlobal fəlakət baş verərsə,
bəşəriyyətlə bağlı bəzi məlumatların saxlanılmasına kömək edəcək.
“Ispace”in ilk Aya eniş aparatı “Hakuto-R” 2022-ci ilin dekabrında şirkətin
pilot missiyasının bir hissəsi olaraq buraxılıb. 25 aprel 2023-cü ildə Aya eniş
cəhdi zamanı cihaz bort kompüterindəki xəta səbəbindən qəzaya uğrayıb.
“Ispace”in Ay səthinə çıxmaq üçün növbəti cəhdi 2024-cü ilin qışına
planlaşdırılıb. Yeni “Hakuto-R” modeli ilə birlikdə Yerin peykinə kiçik bir
lunoxod göndəriləcək.
“Ispace” artıq 2026-cı ildə baş tutacaq üçüncü Ay missiyasını planlaşdırır. Bu
zaman 500 kiloqrama qədər faydalı yük daşıya bilən daha böyük və müasir “Apex
1.0 “modulundan istifadə ediləcək.
Mənbə: gazeta.ru