b6055583-f152-4586-818a-3c2ea98c8f6c..jpg

Ayağını don vurdu, gerçək güllələrlə atışma səhnəsi çəkildi: “Fəryad” filmindən faktlar – VİDEO

Baxış sayı: 649 dəfə baxılıb.

Ayağını don vurdu, gerçək güllələrlə atışma səhnəsi çəkildi: “Fəryad”
filmindən faktlar – VİDEO

Azərbaycan kino tarixində müharibə haqqında çəkilmiş ən təsirli filmlərdən
biri, bəlkə də elə birincisi Ceyhun Mirzəyevin “Fəryad”ıdır.

“Fəryad”ın mövzusu ağrılı olsa da, həm ssenarist Vaqif Mustafayev, həm də
rejissor Ceyhun Mirzəyev ironiyası, yumoru filmə ayrı intonasiya gətirib.

“Fəryad” filmi Birinci Qarabağ müharibəsi zamanında çəkilsə də, ümidlə dolu
filmdir. Həmçinin bu əsər real azərbaycanlı və erməni xarakterini dəqiq ifadə
etməsi baxımından fərqlənir.

“Ögey ana” filmindən yaxşı tanıdığımız İsmayıl böyüyüb və indi vətəni qorumaq
üçün ön cəbhədədir. “Fəryad”ın qəhrəmanı İsmayıl həm “Kəndimiz” oxuyan, həm də
bacısından ötrü dağlara itburnu çiçəyi yığmağa gedib, həyatını təhlükəyə atan
adamdır.

Yəni ərköyün, həmçinin saf ürəkli İsmayıl məhz belə adama, “Fəryad”da qız
uşağına işgəncə verdiyi üçün erməninin üstünə qorxmadan şığıyan, qisasını
almadan dincəlməyən qeyrətli kişiyə çevrilməli idi.

“Fəryad” filminin çəkilişləri zamanı Ceyhun Mirzəyev bir neçə dəfə təhlükə ilə
üz-üzə qalıb. Filmdə balaca qızın zorlanma xəbərini eşidən İsmayıl bunu kimin
elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə
çatır və təcavüzkarı öldürür. Bu səhnədə aktyor ağacların arasında qaçdığı
yerdə birdən yıxılır. Ceyhunun yıxıldığı yerdə bir ağacdan o biri ağaca çox
nazik, amma poladdan bir sim çəkilibmiş. Aktyor onu son anda görüb, əli ilə
itələyib yıxılmasaydı, ip onun boğazını üzərdi.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:


Source link