window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
UEFA Çempionlar Liqası təsnifatının pley-off mərhələsində “Qarabağ”ı yarışdan kənarlaşdıran Kiprin “APOEL” klubu öz meydanında Hollandiyanın “Ayaks” komandasını qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, 2 həftə öncə “Qarabağ”ın iki top vurduğu qapılara Hollandiya təmsilçisi yol tapa bilməyib.
“Ayaks”ın bütün səylərinə baxmayaraq oyun qolsuz heç-heçə ilə yekunlaşıb (0:0).
Bundan əlavə, 80-ci dəqiqədə qonaqların mərakeşli yarımmüdafiəçisi Nussayr Mazraui iki sarı vərəqə alaraq meydandan qovulub.
“Ayaks”ın məşhur vingeri Kvinsi Promes zədə ucbatından görüşdə iştirak etməyib.
Qarşılaşmanın cavab oyunu avqustun 28-də Amsterdamda keçiriləcək.