aace71e7-3871-4d6e-87e1-f3e585928c17..jpg

Ayanın Türkiyədəki lüks evindən GÖRÜNTÜLƏR – VİDEO

Baxış sayı: 3. 475 dəfə baxılıb.

Ayanın Türkiyədəki lüks evindən GÖRÜNTÜLƏR – VİDEO

Ötən gün müğənni Ayan Babakişiyeva Türkiyəyə yollanıb.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında paylaşım edən
müğənni Türkiyədən aldığı evin görüntülərini paylaşıb.

Belə ki, hər zaman qlamur tərzi ilə seçilən sənətçi bu dəfə paylaşımında
İstanbulda yerləşən geniş və lüks mənzilini nümayiş etdirib.

Ayanın geniş evi müasir dizaynı ilə diqqət çəkib. Sənətçi mənzilində daha çox
ağ rəngə üstünlük verib. Babakişiyeva evinin dizaynını bahalı və avanqard
mebellərlə tamamlayıb.

Dəbdəbəli mənzilinin görüntülərini paylaşan Ayan bunları da əlavə edib:

“Hər şeyə görə Allaha təşəkkür edirəm. Bu gün öz qapımı aça bilirəmsə,
sevdiklərim yanımda sağlıqla, hüzurla yaşayırıq”.

Xatırladaq ki, Babakişiyeva verilişlərin birində Türkiyədə qardaşı ilə ortaq
şirkəti olduğunu açıqlamışdı.


Source link