Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bir gün eşidəcəksiniz ki, mən də yoxam”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida
mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib.
O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb.
“Mən balaca uşaq idim, Cavanşir müəllim “Xatirə” ansamblında qarmon ifaçısı
idi. Orada gördüm ki, necə qayğıkeş, necə musiqi üçün çalışan insan olub”, –
deyə o qeyd edib.
Qeyd edək ki, Aybəniz Haşımova vida mərasiminə tibbi maskada qatılıb və
səhhətində kiçik problem olduğunu bildirib.
Əməkdar artist sağlamlığınızda nə kimi problem var sualına isə cavab verməkdən
yayınıb.
“İnşallah tezliklə sağalaram”, – deyə A.Haşımova bildirib.
Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov bu gün qəfil vəfat edib. Onun
ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Rövşən Əsədov