Ayda su ehtiyatı tapılıb

Ayda su ehtiyatı tapılıb

Baxış sayı: 2. 734 dəfə baxılıb.

ABŞ-ın Boulder şəhərində yerləşən Kosmik Tədqiqatlar İnstitutunun alimləri müəyyən ediblər ki, Ayda su təkcə qütb regionları deyil, peykin bütün səthində yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Nature Geoscience-də dərc olunmuş tədqiqata istinadən NASA məlumat yayıb.

Alimlər iki orbital zondun məlumatlarını təhlil edib belə nəticəyə gəliblər. NASA-da güman edirlər ki, bu nəticələr Aydakı sudan resurs kimi istifadənin mümkün olub-olmadığını anlamağa kömək edəcəklər. Əgər o, asan çıxarıla biləndirsə, o zaman Ayda məskunlaşacaq insanlar həmin sudan maye kimi istifadə edə, həmçinin oksigen hazırlaya biləcəklər.

“Məlum olub ki, Ayın bütün səthində su izləri var və onun mövcudluğu ay qruntunun tərkibindən asılı deyil”, – deyə, tədqiqatın həmüəllifi Coşua Bandfild bildirib.

www.ÇıxışYolu.Com