Aydın Kərimov: “Azad edilmiş ərazilərdə bugünədək 16 abidə bərpa olunub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları
tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16
abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində deyib.
A.Kərimov bildirib ki, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını
daşımaq çox şərəfli və qürurverici idi:
“İlboyu çoxsaylı festivallara forum və konfranslara ev sahibliyi etmək bizi
çox sevindirir. Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər
böyük məna daşıdığını gördük. Azad Şuşada quruculuq işləri dayanmadan
aparılmaqdadır. Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz
tarixi və memarlıq böyüklüyünü dirçəldərək, eyni zamanda özündə yenilik və
müasirlik gətirən layihələri reallığa çevirir”.