fed7d92e-fbe4-4b45-88fc-ede7255aa349..jpg

Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə düşdü”

Baxış sayı: 589 dəfə baxılıb.

Aydın Kərimov: “Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə
olaraq tarixə düşdü”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa” Azərbaycan Evi iki qardaş şəhər arasında ilk layihə olaraq tarixə
düşdü”.

Bunu “Report”a Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli
nümayəndəsi Aydın Kərimov Kayseridə keçirilən “Şuşa” Azərbaycan Evinin
açılışında bildirib.

O deyib ki, Azərbaycan və Türkiyə arasında bənzəri olmayan qardaşlıq
münasibətləri bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin əsasını təşkil edir.

Nümayəndə Şuşa şəhərinə işğaldan azad olunduqdan sonra həyatın qaytarıldığı
ilk günlərdən Türkiyə şəhərləri ilə əməkdaşlığın qurulması işinə böyük önəm
verildiyini qeyd edib:

“Son üç ildə Şuşa şəhəri ilə dünyanın müxtəlif ölkələrinin doqquz şəhərləri
arasında qardaşlaşma və əməkdaşlıq əlaqələri qurulub. Təsadüfi deyil ki, bu
şəhərlərdən ikisi məhz Türkiyənin Ərzurum və Kayseri şəhərləridir”.

Source link