47d7678f-73cb-4a2e-b65c-341f87b3c068..jpg

Aydın Kərimov: “Yaxın günlərdə Şuşada digər abidələrin də bərpa işləri başa çatacaq”

Baxış sayı: 775 dəfə baxılıb.

Aydın Kərimov: “Yaxın günlərdə Şuşada digər abidələrin də bərpa işləri başa
çatacaq”

“Şuşa şəhəri işğal dövründə 30 il ərzində dağıntılara, vandalizmə məruz
qalmışdı. İşğaldan azad edildikdən sonra Şuşada prezidentin tapşırığı ilə
bərpa-quruculuq işləri aparılır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində keçirilən TÜRKSOY-a üzv ölkələrin
UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində deyib.

“Şuşada 10-a yaxın abidə bərpa edilib. Yaxın günlərdə digər abidələrin də
bərpa işləri başa çatacaq. Hazırda işlər davam edir”, – deyə o vurğulayıb.

Source link