9b96ddff-fe89-4a41-9fec-01777d18035f..jpg

Aydın Süleymanlı: “Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”

Baxış sayı: 620 dəfə baxılıb.

Aydın Süleymanlı: “Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram”.

Bunu “Report”a açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə
qatılan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.

Bu gün startı verilən yarışın ilk üç turunda üç xal toplayan gənc şahmatçı
birinci turda Rauf Məmmədova məğlub olmasının səbəbini izah edib:

“Ötən il də bu turnirdə Raufla üç dəfə qarşılaşmışdıq. Onun ikisində bərabərə
qalmışdıq, birində isə rəqibim qalib gəlmişdi. Məmmədovla bugünkü görüşün
gedişində üstün idim. Ancaq vaxt azlığı problem yaratdı. Rauf da yaxşı oynadı
və qalib gəldi”.

18 yaşlı şahmatçı qarşıdakı duellər barədə düşündüyünü söyləyib:

“Qarşıdakı üç turda bugünkündən daha çox xal toplamalıyam. Təkcə həmin turları
deyil, ümumiyyətlə, yarışı fikirləşirəm”.

Aydın Süleymanlı Azərbaycanın ən yaxşı şahmatçıları ilə bir turnirdə çıxış
etməyin onun üçün xoş hiss olduğunu vurğulayıb:

“Onlardan ikisi ilə bu gün qarşılaşdım. Uşaqlıqda oyunlarına baxdığım
qrosmeysterlərlə qarşılaşmaq gözəl hissdir. Onların oyun üslubları daha çox
inkişaf edib. Mən hələ o mərhələyə çatmamışam”.

Qeyd edək ki, ilk gündə Rauf Məmmədova məğlub olan Aydın Süleymanlı Teymur
Rəcəbovla heç-heçə edib, niderlandlı Yorden Van Forestə qalib gəlib.

Source link